23:02 16 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
HADİSƏ
Qısa URL
217602

Tovuzda baş verən cinayətin üstü açılıb. Qardaş bacısını ailələrini biabir etdiyinə görə öldürdüyünü etiraf edib.

BAKI, 23 iyun — Sputnik. Tovuzda qətlə yetirilmiş Günay Gülməmmədovanın boyük qardaşı Ruslan Gülməmmədov dünən rayon polisi tərəfindən saxlanılıb. Tovuz Rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, 1995-ci il təvəllüdlü Ruslan bacısının qətli ilə əlaqədar saxlanılıb.

Gənc qızın cəsədi ayın 19-da Aşağı Quşçu kəndinin ərazisində, Əsrik çayında tapılıb. Onun bədənində yeddi biçaq yarası aşkar edilib: ikisi boğaz nahiyəsində, qalanları isə sinə və baldırlarında.

Qızın qardaşı Ruslan lap əvvəldən şübhə altına düşüb. Buna səbəb qətldən bir neçə gün öncə onun bacısı ilə mübahisəsi olub. O zaman qardaşı Günaya telefonla oğlanla danışdığına görə hirslənib və telefonu alaraq sındırıb. Deyilənə görə, eyni səbəbdan ailə üzvləri ilə Günayın arasında tez-tez mübahisələr yaşanıb.

Eyni zamanda polis əməkdaşları Ruslanın öz doğma bacısını qətlə yetirməsinə inanmırdılar. Kənddə onu hamı mülayim adam kimi tanıyırdı. "Mal-heyvan kəsəndə də, o, heç vaxt bu prosesdə iştirak etmirdi", deyə polislər qeyd edirlər.

Bundan əlavə hüquq-mühafizə orqanları cəsədin üzərindəki yaralardan çıxış edərək qətli iki nəfərin törətdiyini ehtimal edirdi. Dünən isə Ruslan qətli törətdiyini artıq boynuna alıb. Onun danışdığına görə, hadisə günü evdən çıxanda bacısını əlində mobil telefon yola tərəf getdiyini görür. Dərhal evə qayıdıb mətbəxdən bıcağı götürüb bacısının arxasınca gedir.

Həmin gün çox isti olduğundan yolda sonradan bunu təsdiq edəcək bir kimsə olmur. Daha sonra magistral yola tərəf gedən Günay qardaşının onu güddüyünü aşkarlayır. Bunu görən Ruslan bacısını tutub çaya tərəf sürüyür.

Saxlanılan qardaşın dediyinə görə, bacısının oğlanla getdiyini dərhal başa düşüb, amma Günay kiminlə görüşdüyünü demək istəməyib. Buna görə Ruslan bacısını döyməyə başlayır, qız isə müdafiə olunmağa çalışır. Bir an qardaşının əlindən çıxıb qaçmağa çalışsa da, qardaşı onu haqlayır və biçaqla sinəsinə zərbə endirir. Daha sonra bir neçə dəfə qızı baldırından bıçaqla yaralayır. Bununla da ürəyi soyumur və cansız bacısının boğazını da kəsir.

Bundan sonra Ruslan cəsədi çaya atıb evə qayıdır. Orada üstündəki qanlı köynəyi çıxarıb yatağının altında gizlədir. Cinayətdə istifadə etdiyi bıçağı da oraya qoyub, paltarını dəyişdikdən sonra heç nə olmamış kimi gündəlik işləri üçün evdən çıxır.

Saxlanılan qardaşın sözlərinə görə, o, bacısına ailələrini kənddə biabır etdiyi üçün hirslənib. Fakt üzrə istintaqı Tovuz rayon prokurorluğu aparır.

Əlaqədar

Xaçmazda yerli sahibkar qətlə yetirildi
Bakıda 80 yaşlı kişi arvadını qətlə yetirdi
Ad günündə oğlanı qətlə yetirən şəxs tutulub
Qoca ər-arvadı qətlə yetirməkdə şübhəli bilinən iki nəfər saxlanıldı
Bakıda dəhşətli qətl
Qazaxda baş verən dəhşətli qətlin üstü açıldı
Dəhşətli qətlin pərdəarxası: Qatil kənddədir
Teqlər:
Ruslan Gülməmmədov, Əsrik çayı, Günay Gülməmmədova, Aşağı Quşçu kəndi, qətl, Tovuz, cinayət

Əsas mövzular