Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Əməliyyat zamanı polis digər polisi yaralayıb

CC0 / Meditations / pistolSilah. Arxiv şəkli
Silah. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları kənddə əməliyyat keçiriblər.

BAKI, 18 iyun — Sputnik. Ağstafada keçirilən əməliyyat zamanı polis əməkdaşı başından güllə yarası alıb.

APA-nın verdiyi məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Axtarışda olan Tahir Fərzəli oğlu Ayralovu yaxalamaq üçün Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları kənddə əməliyyat keçiriblər. Gecə saatlarında keçirilən əməliyyat zamanı T. Ayralov müqavimət göstərib və polis əməkdaşları silah tətbiq etməyə məcbur olublar. Atılan güllələrdən biri başqa bir polis əməkdaşı, 1989-cu il Vasif Şaiq oğlu Bağırovun baş nahiyəsinə dəyib. Xəsarət alan polis əməkdaşı əvvəlcə Ağstafa rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə DİN-nin paytaxtdakı hospitalına aparılıb.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0