02:58 24 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Çay. Arxiv şəkli

Samux sakinini sel apardı

© Foto : ethem_andac
HADİSƏ
Qısa URL
42 0 0

Hadisə, Kamil İlyasov öz atı ilə Quşqara çayını keçərkən yaşanıb. Onun meyidi bu gün səhər saatlarında Qarayeri kəndi ərazisində aşkarlanıb.

BAKI, 10 iyun — Sputnik. Samux rayonunda baş verən təbii fəlakət bədbəxt hadisəyə səbəb olub. Sputnik-in bölgə müxbiri xəbər verir ki, rayonun Qaraçanaq kənd sakini, 1966-cı il təvəllüdlü Kamil Yolçu oğlu İlyasovu sel aparıb. Hadisə, kənd sakini öz atı ilə Quşqara çayını keçərkən yaşanıb.

Boğularaq dünyasını dəyişən K. İlyasovun meyidi bu gün səhər saatlarında Qarayeri kəndi ərazisində aşkarlanıb. Meyit hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ailəsinə təhvil verilib.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdıma aparılır. Qeyd edək ki, bir neçə gündür yağan yağışlar Quşqara çayında suyun səviyyəsinin qalxmasına səbəb olub.

Əlaqədar

Lerik sel suları altında qalıb
Sel 150-dən artıq insanın həyatına son qoydu
Güclü sel 19 nəfərin həyatına son qoydu
Astarada 100-dən çox ev sel sularının altında qalıb
Qusar və Qubada selin vurduğu ziyan aradan qaldırılır
Teqlər:
Kamil Yolçu oğlu İlyasov, Samux, təbii fəlakət, sel, yağış

Əsas mövzular