13:26 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Yol qəzası nəticəsində zədələnmiş avtomobil. Arxiv şəkli

Azərbaycanlı aşbaz Madonnanı maşınla vurub

CC0 / Pixel-mixer / crush
HADİSƏ
Qısa URL
4601

İyunun 7-si saat 01:00 radələrində Babək prospektində yerləşən 75 saylı evin yaxınlığında yolu keçən qadın maşınla ölümcül vurulub. Qadını vuran maşının sürücüsü isə gizlənib.

BAKI, 10 iyun — Sputnik. Bakının mərkəzində yerləşən məşhur restoranlardan birinin baş aşbazı Vadim Yakuşev törətdiyi yol-nəqliyyat hadisəsi ilə öz peşəkar imicinə xələl gətirib. Xoşbəxtlikdən Yakuşev sağdır, amma onun törətdiyi qəzanın digər qurbanı ölüb. 

Nizami rayon Polis İdarəsindən Sputnik-ə verilən məlumata görə, ötən gün 23 saylı polis şöbəsinin əməkdaşları operativ-axtarış tədbirləri nəticəsində BMW-520 markalı maşının sürücüsü, 1978-ci il təvəllüdlü Bakı sakini, ölümlə nəticələnən avtoqəza törətmiş şəxsi saxlayıb. Faktla bağlı AR Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) və 264 (yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçma) maddələri ilə cinayət işi açılıb.

İş üzrə materiallara görə, iyunun 7-si saat 01:00 radələrində Babək prospektində yerləşən 75 saylı evin yaxınlığında yolu keçən qadın maşınla ölümcül vurulub. Qadını vuran maşının sürücüsü isə gizlənib. Qadının şəxsiyyəti indiyə qədər müəyyən edilməyib.

Məlumata görə, 40-45 yaşlarında olan qadın ev xələti, açıq yaşıl qarışığı olan boz gödəkçə geyinib. Gödəkçənin cibində "Nissan" markalı avtomobilin breloku ilə birgə seyf açarları olub. Qadının əlinin barmaqlarında iki sadə üzük olub.

Baxmayaraq ki, istintaq qadının şəxsiyyətini müəyyən etməyib, Babək prospekti ətrafında çoxları onu tanıyırlar. Hadisə yerində meyidin ətrafına toplaşan kütlə polisə bildirib ki, qadın bu ərazidə "Madonna" adı ilə məşhurdur. Polis qadının yüngül əxlaqlı olduğunu güman edir.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi nəticəsində qadının başı əzilib. Ona görə də polis onun şəxsiyyətini müəyyən edə bilməyib. Saxlanılan şəxs piyadanı vuranda qorxduğunu etiraf edib. Təəssüf ki, hadisəni törədəndən sonra hadisə yerindən qaçmaqla öz vəziyyətini ağırlaşdırıb. O, israrla peşman olduğunu bildirib. Fakt üzrə araşdırma davam edir.

Əlaqədar

Balakəndə dəhşət: avtomobil 6 yaşlı uşağın üstündən keçdi
İmişlidə avtomobil velosipedçini vuraraq öldürdü
Üç avtomobil toqquşdu, yaralanan olmadı
Xızıda yaşanan qəzada xəsarət alanlardan yeni xəbər var
Avtobus qəzası ilə bağlı cinayət işi açıldı
Teqlər:
Madonna, Vadim Yakuşev, baş aşbaz, maşın, qəza, avtomobil

Əsas mövzular