12:14 25 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0258
  • USD1.7000
  • EUR1.9960
Sulfat turşusu

Keçmiş arvadına qarşı elə dəhşətli üsula əl atdı ki...

© Foto : GK Hart/Vikki Hart The Image Bank Getty Images
HADİSƏ
Qısa URL
6301

Bakıda ağır cinayət törədilib. Kişi ondan boşanan həyat yoldaşının üzünə sulfat turşusu töküb.

BAKI, 8 iyun — Sputnik. Nəhayət ki, ötən yaz paytaxtda törədilmiş dəhşətli cinayətin üstü açılıb. Hadisə Pirallahı rayonunda baş vermişdi: iki uşaq anası olan gənc qadının sifətinə sulfat turşusu ataraq yandırıblar. Cinayətin nəticəsi ağır olub: qadın görmə qabiliyyətini itirib.

Pirallahı rayon Polis idarəsindən Sputnik-ə verilən məlumata görə, iyunun 6-da sözügedən fakt üzrə iki nəfər saxlanılıb: Hüseynov Tural Cəmşid oğlu (1987-ci il təvəllüdlü — sifarişçi) və Kərimov Vüqar Eldar oğlu (1981-ci il təvəllüdlü — sifarişçi).

Cinayət bu il martın 11-də törədilib. Cinayətin qurbanı Bakı sakini Nuranə Hüseynova olub. İbtidai istintaq zamanı müəyyən olunub ki, Kərimov Hüseynovaya onun evinin yanında pilləkəndə hücum edib.

Cinayətin sifarişçisi isə Nuranənin keçmiş əridir. Sorğu-sual zamanı Tural Hüseynov bildirib ki, həmin gün Nuranəni aldadaraq evdən çıxarıb. O, keçmiş həyat yoldaşına zəng edərək tanışının evində onun üçün pul qoyduğunu bildirib. Nuranə Turala inanaraq o pulu götürməyə gedib. Pilləkənlə düşərkən Kərimov ona hücum edib.

Cinayətə görə Hüseynov Kərimova böyük məbləğ vəd edib, lakin pulu verə bilməyib.

"Lap əvvəldən biz keçmiş ərin sifarişçi olduğunu güman edirdik. O, qadını təqib edirmiş. Hətta boşanmadan sonra özünün xəstə qısqanclığı ilə onun gününü qara edibmiş. Lakin bizim sübutumuz yix idi və ona görə proses uzandı", — deyə Pirallahı RPİ-dən bildiriblər.

Hüseynov ifadəsində bildirib ki, Nuranənin heç kimə qismət olmasını istəmirmiş. "Mənə qismət olmadısa, heç kimə qismət olmasın", — deyə o, bəyan edib.

Hətta hücumdan sonra Tural Nuranənin qayğısına qalmağa çalışıb. Xəstəxanaya gələrək heç bir vaxt Nuranəni tərk etməyəcəyini bildirib.

Hüseynovanın isə bir gözü tamamilə görmür. İkincisi isə qismən görür. O, dəfələrlə yaşamaq istəmədiyini bildirib. İndi ona evdə ögey anası baxır. O, işləmə qabiliyyətini itirib və plastik əməliyyata pulu yoxdur. Nuranənin 5 yaşı olmamışdan onu anası da atıbmış…

Oxşar hadisə Bakıda 2013-cü ildə də baş verib. Əbdürrəhmanov Fərhad Ramiz oğlu sulfat turşusunu keçmiş həyat yoldaşı Əbdürrəhmanova Əlfiyə Samir qızının sifətinə atıb. O da Əlfiyənin kiməsə qismət olmasını istəmirmiş. Hadisə onlar boşandıqdan 6 il sonra baş verib. Əlfiyə hər iki gözündən kor olub.

Saxlanılan Hüseynov və Kərimova qarşı AR CM-nin 126.2.3 (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Bu maddəyə görə onlara 6 ildən 11 ildək cəza verilə bilər.

Fikrimizcə, bu cəza Hüseynov kimilər üçün çox yüngüldür. Cinayətin nəticəsi çox ağırdır. Bir gözünü itirmiş Hüseynova uşaqlarını böyüdə bilməyəcək. 11 ildən sonra Hüseynov azadlığa çıxacaq, Nuranə isə bütün ömrü boyu əzab çəkəcək…

Əlaqədar

Milyonçunun arvadı dilənərək öldü
Qoca ər-arvadı qətlə yetirməkdə şübhəli bilinən iki nəfər saxlanıldı
Göygöl sakini mübahisə etdiyi arvadını avtomobillə vurub
Ata-oğulun bıçaqlayan kəndlilər barəsində cinayət işi açıldı
Bakıda yanan bina ilə bağlı cinayət işi yekunlaşdı
Teqlər:
Hüseynov Tural Cəmşid oğlu, Nuranə Hüseynova, boşanma, keçmiş əri, keçmiş arvadı, sulfat turşusu, dəhşətli cinayət

Əsas mövzular