Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtlı tələbə özünü niyə asıb?

Abunə olmaq
Sumqayıt Dövlət Universitetinin tələbəsinin intiharı ilə bağlı yeni təfərrüatlar məlum olub.

BAKI, 5 iyun — Sputnik. Sumqayıt Dövlət Universitetinin tələbəsi Əfqan Məmmədovun intiharı ilə bağlı yeni təfərrüatlar məlum olub.

APA-nın Ə. Məmmədovun dostlarından əldə etdiyi xəbərə görə mərhumu ipdən asılı vəziyyətdə ilk görən onun otaq yoldaşları olub.

Gecə saat 04:50 radələrində Ə. Məmmədovun otaq yoldaşlarından biri mətbəxdə onu ipdən asıldığını görüb və digər otaq yoldaşını köməyə çağırıb.  Yoldaşları ipi kəssələr də, onun həyatını xilas edə bilməyiblər. Mərhumun üzərində məktub olmayıb.

Yoldaşları Ə.  Məmmədovun oxuduğu ali məktəbdə də hər hansı  problemi olmadığını, sevgi məsələsinə görə intihar etdiyini ehtimal etdiklərini bildiriblər. 

Xəbər lenti
0