Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yaşayış evinə ildırım düşdü

CC0 / werdepate / stormŞəkidə ildırım. Arxiv şəkli
Şəkidə ildırım. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

BAKI, 2 iyun — Sputnik. Şəki rayonunun Cəyirli kəndində Nailə Məmmədovaya məxsus, bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 30 kv. metr olan evdə yanğın baş verib. Sputnik xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. 50 yaşlı ev sakini Nailə Soltan qızı yağışlı şimşəkli havada evdə tək qalmaqdan qorxduğu üçün qonşuda gecələməsi onun həyatını xilas edib. Yanğının ilkin səbəbinin ildırımvurma olduğu etimal edilir və fakla bağlı araşdırma işləri aparılır.

Xəbər lenti
0