03:00 20 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
tapança

Bakıda sabiq məmuru güllələyən qrupun daha bir üzvü tutulub

evening-kazan.ru
HADİSƏ
Qısa URL
8601

Aprelin 12-də Hüseyn Qasımova avtomat silahdan atəş açıb xəsarət yetirmiş qrupun digər üzvü - Bakı şəhər sakini Əlikubar Kularov saxlanılıb.

BAKI, 28 may — Sputnik. Bakıda sabiq məmuru güllələyən qrupun daha bir üzvü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Hüseyn Qasımova avtomat silahdan atəş açıb xəsarət yetirmiş qrupun digər üzvü — Bakı şəhər sakini Əlikubar Kularov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə Ramil Hüseynlinin və Əlikubar Kularovun daha bir paytaxt sakininə qarşı xuliqanlıq etmələri də müəyyənləşib.

Qeyd edək ki, H. Qasımov Bərdə rayon İcra Hakimiyyətinin sabiq işçisidir.

Əsas mövzular