Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabirabadda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb

Abunə olmaq
Toqquşma nəticəsində rayonun Yolçubəyli kənd sakinləri - 57 yaşlı Səmid Şəvaralı oğlu Həmidov və 40 yaşlı Namizəd Seyidməmməd oğlu Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

BAKI, 25 may — Sputnik. Sabirabadda yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yolçubəyli kəndi ərazisində qeydə alınıb. 

Belə ki, “VAZ-21011” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində rayonun Yolçubəyli kənd sakinləri — 57 yaşlı Səmid Şəvaralı oğlu Həmidov və 40 yaşlı Namizəd Seyidməmməd oğlu Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib.

Hazırda onlar xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xəbər lenti
0