Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə fövqəladə vəziyyət: sakinlər evlərini tərk ediblər

© Sputnik / Ilham MustafaSahilində yeni bulvar massivi salınmış Gəncə çayı
Sahilində yeni bulvar massivi salınmış Gəncə çayı - Sputnik Azərbaycan
Abunə olmaq
Bölgədə yağan aramsız yağışlar Gəncə çayında suyun səviyyəsi qalxıb. Nəticədə bir neçə evi qəzalı vəziyyətə düşüb. Vəziyyətin gərginləşdiyini görən sakinlər evlərini tərk ediblər.

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 25 may — Sputnik. Günlərdir bölgədə yağan leysan yağışlar nəticəsində, Gəncə çayında suyun səviyyəsi qalxıb və gecə saatlarında çayın sol sahilində yerləşən 10-a yaxın evi su basıb. Sputnik-in bölgə müxbiri xəbər verir ki, güclü sel suları çayın sol tərəfində qurulan torpaq bəndi yuyaraq yaşayış evlərinin həyətlərinə dolub.

© Sputnik / Ilham MustafaYağış və qrunt sularının küçələrə dolmaması üçün çəkilmiş xəttlərin ləğvi sakinlərin evlərini su altında qoyub
Yağış və qrunt sularının küçələrə dolmaması üçün çəkilmiş xəttlərin ləğvi sakinlərin evlərini su altında qoyub - Sputnik Azərbaycan
Yağış və qrunt sularının küçələrə dolmaması üçün çəkilmiş xəttlərin ləğvi sakinlərin evlərini su altında qoyub

Evlərin bəziləri qəzalı vəziyyətə düşüb. Vəziyyətin gərginləşdiyini görən sakinlər evlərini tərk ediblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikası cəlb olunub. Hazırda suyun istiqaməti dəyişdirilib vəyaşayış evlərinin həyətlərinə dolan su xüsusi qurğularla təmizlənir.

Xəbər lenti
0