Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sabah hava buludlu olacaq

© Sputnik / Murad OrujovBakıda dəyişkən buludu hava
Bakıda dəyişkən buludu hava - Sputnik Azərbaycan
Abunə olmaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

BAKI, 22 may — Sputnik. Sabah  Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik-ə verilən məlumata görə, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə  12-17, gündüz 22-27, Bakıda gecə 13-15, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 civə sütunundan 756 civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-55  faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında havanın  əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə duman olacağı  gözlənilir.  Şərq küləyi-əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 6-11, gündüz 15-20  dərəcə isti olacaq.

Xəbər lenti
0