Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ekvadorda yenə zəlzələ oldu

© AzərtacYaponiyanın Kyuşi adasında zəlzələ/
Yaponiyanın Kyuşi adasında zəlzələ/ - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkənin qərbində 6,7 bal gücündə zəlzələ olub.

BAKI, 18 may – Sputnik. Cənubi Amerika ölkəsi Ekvadorun qərbində 6,7 bal gücündə zəlzələ olub.

Sputnik Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidmət agentliyi məlumat yayıb.

Xəbərə görə, yeraltı təkanın mərkəzi Muisne şəhərində 26 km qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.

Dağıntı, tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib.

Xatırladaq ki, bu il aprelin ortalarında Ekvadorda baş verən zəlzələ nəticəsində 600-dən çox insan həyatını itirmişdi. 

Xəbər lenti
0