Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada qəbiristanlıqda kütləvi dava olub, 3 nəfər ölüb

© Sputnik / Maxim Blinov / Mediabanka keçidМассовая драка на Хованском кладбище в Москве
Массовая драка на Хованском кладбище в Москве - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, davada 200 nəfər iştirak edib.

BAKI, 14 may — Sputnik. Moskvada Xovanski qəbiristanlığında baş verən kütləvi davada iştirak edən 50 nəfər saxlanılıb.

Sputnik-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən bildiriblər ki, davada 200 nəfər iştirak edib.

Hadisə nəticəsində 10 nəfər xəsarət alıb, üç nəfər ölüb.

Rusiya İstintaq Komitəsi atışma nəticəsində iki nəfərin ölüm faktını təsdiqləyib. Eyni zamanda hüquq-mühafizə orqanlarındakı mənbə dava zamanı polis əməkdaşının ölməsi ilə bağlı yayılmış xəbəri təkzib edib. 

Dava qəbiristanlığa nəzrəti ələ keçirmək uğrunda baş verib. Dağıstanlılar və çeçenlərdən ibarət qrup buranı özbək və taciklərin əlindən almaq istəyirmiş.

Xəbər lenti
0