21:59 23 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8952
Qandallar

NİDA-çı gənc barəsində həbs qətimkan tədbiri seçildi

CC0 / KlausHausmann / handcuffs
HADİSƏ
Qısa URL
1501

Bayram Məmmədov narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir. Rəsmi məlumata görə, onların üzərindən və evlərindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.

BAKI, 12 may — Sputnik. Bu gün Xətai Rayon Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Bayram Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb. "Report"un məlumatına görə, onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Qiyas İbrahimov və NİDA Vətəndaş Hərəkatının üzvü B.Məmmədov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunublar. Rəsmi məlumata görə, onların üzərindən və evlərindən ümumilikdə iki kq-dan artıq heroin götürülüb.

Əlaqədar

Keçmiş MTN generalının həbs müddəti uzadılıb
Sabiq nazirə 10 il həbs
QHT-lərin bank hesabları üzərindəki həbs qərarı götürüləcək
"Alparslan Çeliyin İzmirdə həbs olunması Moskvaya mühüm mesajdır"
Əkrəm Əylislini 1 ilədək həbs cəzası gözləyir
Pakistan terrorunda şübhəli bilinən 15 nəfər həbs olunub
Teqlər:
həbs, NİDA Vətəndaş Hərəkatı, Bayram Məmmədov, narkotik maddələrin qanunsuz dövriyyəsi, Xətai Rayon Məhkəməsi

Əsas mövzular