Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İmişlidə 17 yaşlı gənc intihar edib

Abunə olmaq
1999-cu il təvllüdlü Aslanlı Şahmurad Tofiq oğlu özünü fərdi yaşayış evinin həyətində olan yardımçı evin damından asıb.

BAKI, 8 may — Sputnik. İmişli sakini özünü asaraq intihar edib.

APA-nın məlumatına görə, intihar hadisəsi gecə saatlarında baş verib.

Rayonun Sərxanlı kənd sakini, 1999-cu il təvllüdlü Aslanlı Şahmurad Tofiq oğlu özünü fərdi yaşayış evinin həyətində olan yardımçı evin damından asıb.  Onun meyitini asılmış vəziyyətdə səhər saatlarında bibisi aşkar edib. Ş.Aslanlının epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı İmişli prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
0