Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Can Dündara sui-qəsd edənin kimliyi məlum olub

Abunə olmaq
Türkiyənin tanınmış jurnalisti, Cümhuriyyet qəzetinin baş redaktoru Can Dündar 5 il 10 ay müddətin azadlıqdan məhrum edilib.

BAKI, 6 may- Sputnik. Bu gün İstanbuldakı Çağlayan Ədliyyə binasının qarşısında Türkiyənin tanınmış jurnalisti, Cümhuriyyet qəzetinin baş redaktoru Can Dündara sui-qəsd cəhdi olub.

Sputnik-in Haberler-ə istinadən verdiyi məlumata görə, hazırda məhkəməsi gedən jurnalistə tərəf binanın qarşısında odlu silahdan 2 dəfə atəş açılıb. Güllələr C. Dündara dəyməyib. Atılan güllələrdən biri NTV-nin müxbiri Yavuz Şenkalın ayağına dəyib. Atəş açan şəxs yaxalanıb. Onun kimliyi artıq müəyyən edilib. Bu, 1976-cı il təvəllüdlü sivaslı Murat Şahindir. O atəş açmamışdan "Vətən xaini" deyə bağırıb. 

C. Dündar hadisənin ona göz dağı vermək məqsədilə törədildiyini vurğulayıb: “Yaxşıyam, problem yoxdur. Məhkəmədə fasilə idi, bayıra çıxanda bu hadisə baş verdi”.

Bu arada məhkəmə Can Dündarı 5 il 10 ay azadlıqdan məhrum edib. Onunla bir yerdə məhkəmə qarşısına çıxan qəzetin Ankara təmsilçisi Erdem Gül isə 5 il azadlıqdan məhrum edilib. Onlar silahlı terror dəstəsinə kömək göstərmək ittihamı ilə cəzalanıblar.

 

Xəbər lenti
0