11:32 17 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
42 0 0

Qeyri-sabit hava şəraiti ölkənin şimal-qərb bölgəsində taxıl zəmilərinə ciddi ziyan vurub. Güclü ildırımla müşahidə olunan leysan yağışlar nəticəsində taxıl zəmiləri tamamilə yararsız vəziyyətə düşüb.

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 4 may — Sputnik. Son iki gündə ölkənin şimal-qərb bölgəsində hökm sürən qeyri-sabit hava şəraiti Qax rayonunda taxıl zəmilərinə ciddi ziyan vurub. Yerli fermer Həmzət Abbasovun Sputnik-in bölgə müxbirinə verdiyi məlumata görə, güclü ildırımla müşahidə olunan leysan yağışlar nəticəsində taxıl zəmiləri tamamilə yararsız vəziyyətə düşüb.

Mövcud vəziyyət daha çox Qaxın Zəyəm, Qarabaldır, Şotavar və Ağyazayı kəndlərinə ziyan vurub. Belə ki, on hektarlarla taxıl sahəsi leysan yağışlardan əmələ gəlmiş sel sularının altında qalıb.

  • Qeyri-sabit hava şəraiti Qax rayonunda taxıl zəmilərinə ciddi ziyan vurub
    Qeyri-sabit hava şəraiti Qax rayonunda taxıl zəmilərinə ciddi ziyan vurub
    © Sputnik / Shahperi Abbasova
  • Güclü ildırımla müşahidə olunan leysan yağışlar nəticəsində taxıl zəmiləri tamamilə yararsız vəziyyətə düşüb
    Güclü ildırımla müşahidə olunan leysan yağışlar nəticəsində taxıl zəmiləri tamamilə yararsız vəziyyətə düşüb
    © Sputnik / Shahperi Abbasova
  • Leysan xarakterli yağışlar taxıl zəmilərinin yatmış vəziyyətə düşməsinə gətirib çıxarır
    Leysan xarakterli yağışlar taxıl zəmilərinin yatmış vəziyyətə düşməsinə gətirib çıxarır
    © Sputnik / Shahperi Abbasova
  • Tez-tez yağan yağışlar məhsuldarlığa da mənfi təsir göstərir
    Tez-tez yağan yağışlar məhsuldarlığa da mənfi təsir göstərir
    © Sputnik / Shahperi Abbasova
1 / 4
© Sputnik / Shahperi Abbasova
Qeyri-sabit hava şəraiti Qax rayonunda taxıl zəmilərinə ciddi ziyan vurub

Qeyd edək ki, hazırda da leysan xarakterli yağışlar və küləkli hava şəraiti davam edir. Bu da taxıl zəmilərinin yatmış vəziyyətə düşməsinə gətirib çıxarır. Habelə, tozlanma və sütül-mum yetişmə dövründə olan taxıl zəmisinin gələcək məhsuldarlığına mənfi təsir göstərir.

Qeyd edək ki, analoji hadisəyə sözügedən bölgədə tez-tez rast gəlinir.

Əlaqədar

Təbiət ən gözəl rəssamdır
Səhrada cənnət: burada insan təbiəti idarə edir
Gecə təbiət möcüzəsi baş verdi
Sabah Azərbaycanı qeyri-sabit hava şəraiti gözləyir
Teqlər:
Həmzət Abbasov, şimal-qərb bölgəsi, təbiət, Qax, fermer, taxıl, hava

Əsas mövzular