Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

FHN: Xəzərdə Rusiya gəmisində yanğının söndürülməsi davam edir

© publika.azFövqaladə Hallar Nazirliyi
Fövqaladə Hallar Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Xəzər dənizində “PALFLOT-2“ tankerində baş verən yanğınla bağlı Azərbaycanın dövlət qurumları rəsmi məlumat yayıblar.

BAKI, 23 apr — Sputnik. Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Dəniz Administrasiyası və “Azərbaycan Dövlət Dəniz Gəmiçiliyi” QSC Xəzər dənizində Rusiya bayrağı altında üzən gəmidə baş verən yanğınla bağlı birgə məlumat yayıb.

FHN-in mətbuat xidmətindən Sputnik-ə verilən məlumatda bildirilir ki, 23 aprel 2016-cı il tarixində saat 09:35-də Rusiya Federasiyası bayrağı altında üzən və Azərbaycanın Dübəndi limanından Türkmənistanın Alaca limanı istiqamətində yüksüz hərəkətdə olan “PALFLOT-2“ tankerində sahildən təqribən 110 km məsafədə yanğın hadisəsinin baş verməsi barədə Dövlət Dəniz Administrasiyasının Milli Mərkəzinə “SOS” siqnalı daxil olub.

Təlimata uyğun olaraq, dərhal Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin müvafiq qüvvələri qəzanın nəticələrinin aradan qaldırılması əməliyyatına cəlb olunub.

Hazırda FHN-in “Mİ-17-1V“ və “KA-32“ helikopterləri və “Vixr-5“ gəmisi, Xəzər Dəniz Gəmiçiliyinə məxsus “Caspian Voyager”, “Caspian Protechtor”, “İslay” və “Jura” gəmiləri yanğının söndürülməsi əməliyyatını həyata keçirir.

Tankerin 11 nəfər heyət üzvündən 10 nəfər xilas olub, 1 nəfər — baş mexanik Kramcuk Andrey Vladimirovic itkin düşüb.

Daha öncə, FHN-dəki mənbə Azərbaycan yanğınsöndürənlərinin PALFLOT 2 gəmisinin söndürülməsində iştirak etmədiyini bildirmişdi.

Xəbər lenti
0