Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Keçmiş bələdiyyə sədrinin evi yanıb

© AFP 2023 / Sergei SupinskyYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Zaqatalada yanğın baş verib. Yanğın yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala yanğından mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

BAKI, 22 apr — Sputnik. Ötən gün axşam saat 22:20 radələrində Zaqatala rayonunun Muxax kəndində fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, hadisə Muxax kənd sakini Abdullayev Akif Məmmədyar oğluna məxsus ümumi sahəsi 216 kvadratmetr 5 otaqlı fərdi yaşayış evində qeydə alınıb.

Yanğın yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala yanğından mühafizə hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə nəticəsində xəsarət alan olmasada evin yanar konstruksiyaları və içərisində olan bir çox əşyalar yanaraq tamamilə yararsız hala düşüb.

Hadisəsinin dəqiq olaraq hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

Qeyd edək ki, yanan evin sahibi Akif Abdullayev Muxax kənd bələdiyyəsinin keçmiş sədri olub.

Xəbər lenti
0