06:35 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
6101

Narkotik maddələrin satışında ittiham edilən Nazim Ağabəyova məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

BAKI, 22 apr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nazim Ağabəyovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkili Adil İsmayılov çıxış edərək məhkəmədən N.Ağabəyova bəraət hökmü çıxarılmasını istəyib. Daha sonra N.Ağabəyov son söz deyib. O, heç vaxt narkotikdən istifadə etmədiyini bildirib.

Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Xatırladaq ki, ötən iclasda dövlət ittihamçısı çıxışında N.Ağabəyovun 7 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, narkotik maddələrin satışında ittiham edilən N.Ağabəyov rəssam Mais Ağabəyovun oğludur. O, Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, onun üzərinə və avtomobilinə baxış zamanı heroin aşkarlanıb.

Əlaqədar

QHT rəhbəri dələduzluğa görə 10 il azadlıqdan məhrum edilib
İntiqam Əliyev azadlığa buraxılıb
"148 şəxsin azadlığı buraxılması ilə bağlı yaxşı xəbər aldım"
Rauf Mirqədirov azadlığa buraxıldı
Vəkil: Leyla və Arif Yunusların azadlığa çıxması ədalətin bərpasıdır
Leyla Yunus azadlığa buraxılıb
Teqlər:
Mais Ağabəyov, Nazim Ağabəyov, Əfqan Hacıyev, Bakı Ağır Cinayətlər Məhkəməsi, azadlıq, Adil İsmayılov

Əsas mövzular