14:35 13 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8725
Aranlı

İmişlidə etiraz aksiyası keçirilib

© Sputnik / Ayaz Yashilyarpaq
HADİSƏ
Qısa URL
6331

Örüş yerinin zəbt olunmağına etiraz edən sakinlər, şəxsi təsərrüfatlarında saxladıqları iribuynuzlu heyvanları kənd bələdiyyəsinin inzibati binası önünə toplayıblar

BAKI, 18 apr — Sputnik. Bu gün İmişli rayonunun Aranlı kəndində etiraz aksiyası olub. Örüş sahəsinin bir hissəsinin zəbt olunmasına etiraz edən 50 nəfərədək sakin şəxsi təsərrüfatlarında saxladıqları iribuynuzlu heyvanları kənd bələdiyyəsinin inzibati binası önünə toplayıb.

Bu barədə Sputnik-ə Aranlı kəndində yaşayan Ruslan Rzayev məlumat verib. Onun sözlərinə görə, mübahisə ötən ilin yayında yaranıb və hələ də öz həllini tapmayıb.

Örüş sahəsinin bir hissəsinin zəbt olunmasına etiraz edən 50 nəfərədək sakin şəxsi təsərrüfatlarında saxladıqları iribuynuzlu heyvanları kənd bələdiyyəsinin inzibati binası önünə toplayıb
© Sputnik / Ayaz Yashilyarpaq
Örüş sahəsinin bir hissəsinin zəbt olunmasına etiraz edən 50 nəfərədək sakin şəxsi təsərrüfatlarında saxladıqları iribuynuzlu heyvanları kənd bələdiyyəsinin inzibati binası önünə toplayıb

Rayev deyib ki, islahat aparılarkən 380 hektar torpaq sahəsi örüş məqsədilə Aranlı kənd sakinlərinin ümumi istifadəsində saxlanılıb: "Amma sabiq bələdiyyə sədri Şakir Hüseynov keçən ildən başlayaraq iddia edir ki, örüş sahəsinin 15 hektar ərazisini icarəyə götürüb".

"O vaxt camaat ayağa qalxanda bu iddiadan geri çəkilmişdi. Amma iki gün əvvəl naxırın qabağını kəsərək həmin yeri şumlatdrmağa başlayıb", —deyə sakin bildirib.

Narazılar hesab edirlər ki, ümumi istifadədə olan yerin zəbt olunmasına yerli bələdiyyə orqanının rəhbəri Nadir Vəliyev şərait yaradıb. Buna görə də örüşə buraxılmayan heyvanlarını bələdiyyənin inzibati binası önünə sürüblər.

"Keçən il etiraz edəndə İmişli RİH-in əməkdaşları camaatla danışığa gəldi və tələbimizi təmin etdilər. Bu dəfə İcra Hakimiyyəti bizi haqsız çıxarır. Hələlik örüş yerində şum çıxarılması işi dayanıb. Amma mübahisə də həllini tapmayıb", — Aranlı sakini əlavə edib.

Əlaqədar

Ağ Evin qarşısında Ermənistana etiraz aksiyası keçirilib
Ərdoğanın mühafizəçilərindən etirazçılara maraqlı müdaxilə
İlham Əliyev bahalaşma əleyhinə etiraz aksiyalarına münasibət bildirdi
Maykl Murdan Donald Trampa orijinal etiraz: Biz hamımız müsəlmanıq
"Yeni Bakı" sakinləri etiraz edir
Təbrizdəki etiraz hökuməti geri çəkilməyə vadar etdi
Teqlər:
Ruslan Rzayev, örüş, Aranlı, mal-qara, etiraz, bələdiyyə, İmişli, aksiya

Əsas mövzular