Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bu dəhşətli proqnoz reallaşarsa...

© Sputnik / Valeri Melnikov / Mediabanka keçidÇilidə zəlzələ
Çilidə zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı mütəxəssisin Azərbaycanda dağıdıcı zəlzələ gözlənildiyi barədə açıqlaması təşvişə səbəb olub. Azərbaycanlı ekspert isə, bu cür təbii fəlakətin öncədən proqnozlaşdırılmasını mümkün hesab etmir.

BAKI, 15 apr — Sputnik. "Növbəti zəlzələnin vaxtını qabaqcadan demək mümkün deyil. Son proqnoza görə, onun dağıdıcılıq gücü təkanların dərinliyindən asılıdır".

© Photo : APAQurban Yetirmişli
Qurban Yetirmişli - Sputnik Azərbaycan
Qurban Yetirmişli

Bu sözləri Sputnik-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O, hesab edir ki, Qafqazın şərqində, Azərbaycanla Dağıstan sərhədində dəqiq zəlzələ olacağı barədə proqnoz şübhəlidir. 

Aprelin 13-də Sputnik, 2016-2017-ci illərdə Azərbaycanla Dağıstan sərhədində, maqnitudasının 6-6,5 bal olacağı dağıdıcı zəlzələnin gözləndiyi barədə məlumat dərc etmişdi. Bu barədə Rusiya Elmlər Akademiyasının Yer Fizikası İnstitutunun direktor müavini Yevgeni Roqojin bildirmişdi.

"Proqnoz Şərqi Qafqaz üzrədir. Bu rayon, Azərbaycanla Dağıstan sərhədidir. Zəlzələ ya bu il, ya da gələn il ola bilər. Bizim proqnoza görə, zəlzələnin maqnitudası 6-6,5 bal olacaq, bu da 7-8 bal deməkdir (intensivlik cədvəlinə görə-red). Bu, dağıdıcıdır", — deyə Y. Roqojin söyləyib.

Onun sözlərinə görə, Rusiya Fövqəladə Hallar Nazirliyi artıq bundan xəbərdardır və yerli hakimiyyətin hələ ki, təkanlara tab gətirməyəcək binaları bərkitmək üçün vaxtı var.

Yetirmişlinin sözlərinə görə, rusiyalı alimlər 1997-ci ildən başlayaraq dəfələrlə Dağıstan ərazisində zəlzələ barədə açıqlamalar veriblər: "Bura seysmoaktiv bölgədir, ona görə də hətta bu gün belə, həmin ərazidə ara-sıra yeraltı təkanlar qeydə alınır. Titrəyişlər burada hələ ötən əsrin əvvəllərində — 1902, 1903, 1912-ci illərdə qeydə alınıb".

Earthquake - Sputnik Azərbaycan
Rusiyadan Azərbaycanla bağlı qorxunc proqnoz

"Qabaqcadan demək olmaz ki, dağıdıcı zəlzələ nə vaxt baş verəcək. 1997-1998-ci illərdən xeyli vaxt keçib. O vaxtdan bu günə kimi az zəlzələ olmayıb, amma onların heç biri dağıdıcı xarakter daşımayıb. Son proqnoza — maqnitudası 6-6,5 bal olan zəlzələyə gəlincə, bu, dağıdıcı ola da bilər, olmaya da. Hər şey təkanların dərinliyindən asılıdır", — deyə RSXM-in rəhbəri izah edib.

Onun sözlərinə görə, zəlzələnin vaxtını, yerini və gücünü dəqiq proqnozlaşdıra bilmədiyinə görə alimi qınamaq olmaz: "Yerli sakinlər ilboyu mümkün zəlzələni gözləyərək evlərindən kənarda yaşaya bilməzlər. Ona görə də belə ehtimal olunan proqnozlar insanların psixoloji vəziyyətinə neqativ təsir göstərir. Hətta zəlzələ olacağı təqdirdə belə, o, böyük dağıntılara səbəb olmayacaq. Çünki dağlıq ərazilər yer titrəyişlərinə daha dayanıqlı olurlar".

"Bu günə qədər heç kəs praktiki olaraq, zəlzələ ilə bağlı dəqiq proqnoz verə bilməyib. Bu, yalnız bir dəfə — 1975-ci ildə Xayçendə baş verib", —ekspert əlavə edib.

Xatırladaq ki, o zaman qarşıdan gələn zəlzələ haqqında ilk proqnoz Çinin Lyaonin əyalətində, Xayçendə verilib. Dağıdıcı təkanlar 4 fevral 1975-ci ildə yerli vaxtla saat 19:36-da qeydə alınıb. Onda yerli hakimiyyətin bir gün əvvəl zəlzələ ilə bağlı əhalini evakuasiya etməsi nəticəsində böyük insan itkisindən qaçmaq mümkün olmuşdu.

Earthquake - Sputnik Azərbaycan
"Belə zəlzələlər barədə qabaqcadan ictimaiyyətə xəbər vermək doğru deyil"

Bu, dünya tarixində dağıdıcı zəlzələdən əvvəl uğurlu evakuasiyanın həyata keçirildiyi yeganə haldır. Bu hadisəyə qədər zəlzələlər müxtəlif proseslərə görə qiymətləndirilirdi (nə dərəcədə dəqiq olduğu mübahisəlidir). Məsələn, heyvanların özlərini qəribə aparmaları, bir neçə binanın çatlaması, torpaqda iri yarıqların əmələ gəlməsi və s.

Bundan bir neçə ay keçəndən sonra, sözügedən əyalətin yaxınlığında heç kəsin gözləmədiyi daha bir zəlzələ baş verdi. Bu zəlzələdə bir neçə yüz min adam öldü.

Yetirmişli hesab edir ki, Xayçendəki zəlzələnin proqnozlaşdırılması sadəcə bir təsadüf idi: "O vaxtdan 40 il keçib, amma indiyə qədər heç kəs zəlzələni dəqiqliyi ilə proqnozlaşdıra bilməyib".

Xəbər lenti
0