Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Neftçalada ev yanıb, 1 nəfər ağır xəsarətlər alıb

© reyndar.orgYanğın
Yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Salyan Mərkəzi Rayon Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağırdır.

BAKI, 14 apr — Sputnik. Neftçalada fərdi yaşayış evində yanğın baş verib. “Report”un məlumatına görə, hadisə rayonun Xol Qarabucaq kəndində qeydə alınıb. 

Nəticədə yaşayış evinin sakini, 59 yaşlı Nərgiz Mircavad qızı Ələkbərova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Qadın dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. O, ilkin tibbi yardımdan sonra reanimasiya şöbəsinə yerləşdirilib. 

Xəstəxanadan "Report"a verilən məlumata görə, xəstənin vəziyyəti ağır olaraq qalır. 

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata görə, Neftçala rayonu, Xol Qarabucaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 256 kv.m olan ikimərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın saat 18:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti
0