Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Astarada 20-yə yaxın qəbirin başdaşı sındırılıb

© APAŞiyəkəran kəndində dağıdılan qəbir daşları
Şiyəkəran kəndində dağıdılan qəbir daşları - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd sakinlərinin sözlərinə görə, hadisə gecə saatlarında törədilib.

BAKI, 13 apr — Sputnik. Astara rayonunun Şiyəkəran kənd qəbiristanlığında 20-dək qəbirin başdaşı sındırılaraq yararsız vəziyyətə salınıb.

Bu barədə APA-ya kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, hadisə gecə saatlarında törədilib. Sakinlər gündüz qəbiristanlığa daxil olarkən dəhşətli mənzərənin şahidi olublar. Hadisə barədə dərhal rayonun hüquq-mühafizə orqanlarına məlumat verilib. Kəndə gələn polis əməkdaşları ilkin araşdırmalardan sonra iki nəfər yerli sakini şübhəli şəxs qismində saxlayıblar.

Hazırda Astara Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Xəbər lenti
0