03:11 26 Fevral 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0697
HADİSƏ
Qısa URL
216340

Qazax torpağı daha iki şəhid övladını qoynuna aldı. Şəhid hərbçilərin ataları övladları ilə fəxr edirlər: "Şəhidllik elə bir zirvədir, hər kəs ora yüksələ bilmir"

Hikmət Orhun

BAKI, 11 apr — Sputnik. Cəbhə bölgəsində baş verən ağır döyüşlər zamanı silahlı qüvvələrimizin şəhid olan iki zabiti — baş leytinant Namazov Elvin Məmməd oğlu və kapitan Orucov Mühit Qurban oğlu aprelin 9-da himnin müşayəti ilə Qazax rayonunda doğulduqları kənddə torpağa tapşırılıb. Dəfn zamanı havaya yaylım atəşi açılıb.

Şəhid xəbərinə yığılan insan izdihamı "Şəhidlər ölməz, vətən bölünməz" şüarları ilə öncə Yuxarı Salahlıda Elvin Namazovun, sonra isə Fərəhli kəndində Mühit Orucovun dəfn mərasimində iştirak edib, vətən uğrunda canından keçən şəhidlərin doğmalarının dərdinə şərik olublar. Dəfndə Azərbaycan və Türkiyə bayraqları qaldırılıb.

Namazov Elvinin atası Məmməd Namazov şəhid oğlu ilə fərx etdiyini deyib: "O, vətənin müdafiəsi uğrunda şəhid olub. Ölümündən qabaq zəng etmişdi ki, bir zirvə var, oranı fəth edib qayıdacağıq. Demək, şəhidlik zirvəsi imiş o zirvə. Bizim boynumuza düşən bütün şəhidlərimizə Allahdan rəhmət diləməkdir. Vətən sağ olsun!"

Eyni sözləri Mühit Orucovun atası Qurban Orucov da deyib: "Şəhidllik elə bir zirvədir, hər kəs ora yüksələ bilmir. Mənim oğlum vətən uğrunda şəhid olub, fərx edirəm".

Qeyd edək ki, Qazax rayonu son döyüşlərdə üç şəhid verib. İlk şəhid Əliyev Orxan Məhəmməd oğlu aprelin 2-də doğulduğu Astanbəyli kəndində torpağa tapşırılıb.

  • İki şəhid zabit – baş leytenant Elvin Namazov və kapitan Mühit Orucovun dəfn mərasimi
    Baş leytenant Elvin Namazov və kapitan Mühit Orucovun son mənzilə yola salınması
    © Sputnik / Hikmet Orhun
  • İki şəhid zabit – baş leytenant Elvin Namazov və kapitan Mühit Orucovun dəfn mərasimi
    Şəhid xəbərinə yığılan insan izdihamı "Şəhidlər ölməz, vətən bölünməz" şüarları səsləndiriblər
    © Sputnik / Hikmet Orhun
  • İki şəhid zabit – baş leytenant Elvin Namazov və kapitan Mühit Orucovun dəfn mərasimi
    Şəhidlər Qazax rayonunda doğulduqları kənddə torpağa tapşırılıb
    © Sputnik / Hikmet Orhun
  • İki şəhid zabit – baş leytenant Elvin Namazov və kapitan Mühit Orucovun dəfn mərasimi
    Dəfn mərasimində şəhidlərin qohumları ilə yanaşı bütün kənd əhli də iştirak edib
    © Sputnik / Hikmet Orhun
  • İki şəhid zabit – baş leytenant Elvin Namazov və kapitan Mühit Orucovun dəfn mərasimi
    Şəhidlərin valideynləri övladları ilə qürur duyduqlarını deyiblər
    © Sputnik / Hikmet Orhun
  • İki şəhid zabit – baş leytenant Elvin Namazov və kapitan Mühit Orucovun dəfn mərasimi
    İki şəhid zabit – baş leytenant Elvin Namazov və kapitan Mühit Orucovun dəfn mərasimi
    © Sputnik / Hikmet Orhun
  • İki şəhid zabit – baş leytenant Elvin Namazov və kapitan Mühit Orucovun dəfn mərasimi
    Qazax rayonu son döyüşlərdə üç şəhid verib
    © Sputnik / Hikmet Orhun
  • İki şəhid zabit – baş leytenant Elvin Namazov və kapitan Mühit Orucovun dəfn mərasimi
    Dəfndə Azərbaycan və Türkiyə bayraqları qaldırılıb
    © Sputnik / Hikmet Orhun
1 / 8
© Sputnik / Hikmet Orhun
Baş leytenant Elvin Namazov və kapitan Mühit Orucovun son mənzilə yola salınması

Əlaqədar

Minlərlə insan Azərbaycanın şəhid gizirini son mənzilə yola saldı
Anasına şəhid olacağını dedi və sözünü tutdu...
Şəhid kapitanın dəfni ümumxalq nümayişinə çevrildi
Deputat şəhidin yas mərasimində iştirak edib
Şəhidimiz torpağa tapşırıldı
Teqlər:
Mühit Orucov, Elvin Namazov, Fərəhli, Yuxarı Salahlı, dəfn, Qazax, şəhid

Əsas mövzular