Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Külli miqdarda siqaretin Azərbaycana keçirilməsinin qarşısı alınıb

© Sputnik / Fuad HasanovƏdədlə siqaret satışı
Ədədlə siqaret satışı - Sputnik Azərbaycan
Abunə olmaq
“Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

BAKI, 8 apr — Sputnik. Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Sputnik-ə verilən məlumata görə, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin  yük yerində alətlər dəstinin altından, sağ və sol panellərin  içindən üzərində aksiz markası olmayan gömrük nəzarətindən gizlədilmiş  3 adda 10 800 ədəd siqaret aşkar edilərək götürülüb.

Xəbər lenti
0