19:42 17 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi

Bakıda icazəsiz beynəlxalq rabitə xidməti aşkarlanıb

genprosecutor.gov.az
HADİSƏ
Qısa URL
14101

Fakta görə Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada "xüsusi razılıq" (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan külli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma maddəsi ilə cinayət işi başlanıb

BAKI, 6 apr — Sputnik. İcazəsiz beynəlxalq rabitə xidmətinin təşkilinə dair Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə Sputnik-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırma zamanı xarici ölkə vətəndaşları Basit Abdul və İqbal Tanveerin həmyerliləri Tahir adlı şəxslə cinayət əlaqəsinə girərək, dövlətə 7 500 manat məbləğində ziyan vurduqları ortaya çıxıb. Belə ki, onlar paytaxtın Nərimanov rayonunda kirayə götürdükləri mənzildə quraşdırdıqları avadanlıqlardan istifadə edərək "Azərfon", "Azercell" və "Bakcell" MMC-lərə məxsus nömrələr vasitəsi ilə mobil operator şəbəkələrinə birtərəfli telefon danışıqları təşkil edən "SİMBOX" avadanlığı üzərindən "Xüsusi razılıq" (lisenziya) tələb olunduğu halda, belə razılıq almadan beynəlxalq rabitə xidmətlərini təşkil ediblər.

Bununla bağlı şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 192.2.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada "xüsusi razılıq" (lisenziya) tələb olunduğu halda belə razılıq alınmadan külli miqdarda ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Əlaqədar

Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olundu
"Bakı Telefon Rabitəsi"nin daha bir vəzifəli əməkdaşı həbs edilib
Mobil rabitə xidmətləri ölkənin əhali yaşayan ərazisini tam əhatə edir
Rabitə Nazirliyinin ən aktual elektron xidmətlərinin adları bəlli olub
Rusiyada daha bir mobil rabitə operatoru işə başlayacaq
Teqlər:
Cinayət Məcəlləsi, beynəlxalq rabitə xidməti, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Dövlət Təhlükəsizliyi Xidməti

Əsas mövzular