10:57 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
HADİSƏ
Qısa URL
234

Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatının qarşısını alarkən həyatını itirən əsgərimiz doğrulduğu Lənkəran Rayon Vilvan kəndində dəfn edilib

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 29 mart — Sputnik. Martın 27-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Qazax rayonu istiqamətində dövlət sərhədini pozaraq ərazilərimizə soxulmağa cəhd ediblər. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi rəsmi məlumata görə, bu istiqamətdə yerləşən hərbçilərimizin sayıqlığı nəticəsində düşmənin təxribatının qabaqcadan aşkar edilib və qarşısı alınması istiqamətində müvafiq tədbirlər görülüb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin gerbi
© Sputnik / Murad Orujov

Çox sayda itkilərə məruz qalan işğalçı ordunun əsgərləri geri çəkilməyə məcbur edilib. Düşmənlə baş verən döyüş toqquşmasında Azərbaycan Silahlı Qüvvələrinin zabiti Leytenant Zülfüqarlı Qalib Laim oğlu və əsgər Hacıyev Qəfərəli İntiqam oğlu şəhid olublar.

Müdafiə naziri Zakir Həsənovun əmri ilə hər iki hərbi qulluqçu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Şəhid Leytenant Zülfüqarlı Qalib Laim oğlu dünən doğulduğu Lənkəran Rayon Vilvan kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində kənd sakinləri, şəhidin doğmaları, xidmət etdiyi hərbi hissənin zabit və əsgər heyəti və rayon rəsmiləri iştirak ediblər. Mərasimdə şəhidin şərəfinə havaya 3 dəfə yayılım atəşi açılıb və ruhuna dualar oxunub.

Allah rəhmət eləsin!

  • Şəhid Leytenant Zülfüqarlı Qalib Laim oğlu dünən doğulduğu Lənkəran Rayon Vilvan kəndində torpağa tapşırılıb
    Şəhid Leytenant Zülfüqarlı Qalib Laim oğlu dünən doğulduğu Lənkəran Rayon Vilvan kəndində torpağa tapşırılıb
    © Sputnik / Rahim Muradov
  • Müdafiə nazirinin əmri ilə leytenant Qalib Zülfüqarlı Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edilib
    Müdafiə nazirinin əmri ilə leytenant Qalib Zülfüqarlı Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalla təltif edilib
    © Sputnik / Rahim Muradov
  • Dəfn mərasimində kənd sakinləri, şəhidin doğmaları, xidmət etdiyi hərbi hissənin zabit və əsgər heyəti və rayon rəsmiləri iştirak ediblər
    Dəfn mərasimində kənd sakinləri, şəhidin doğmaları, xidmət etdiyi hərbi hissənin zabit və əsgər heyəti və rayon rəsmiləri iştirak ediblər
    © Sputnik / Rahim Muradov
  • Şəhid leytenant uğrunda canından keçdiyi torpağa tapşırılır
    Şəhid leytenant uğrunda canından keçdiyi torpağa tapşırılır
    © Sputnik / Rahim Muradov
1 / 4
© Sputnik / Rahim Muradov
Şəhid Leytenant Zülfüqarlı Qalib Laim oğlu dünən doğulduğu Lənkəran Rayon Vilvan kəndində torpağa tapşırılıb

Əlaqədar

Müğənniyə "şəhid" demək Allahın şəhidlərinə qarşı haqsızlıq, İslama görə günahdır
Kiçik çavuş şəhid olub
Azərbaycan əsgəri şəhid olub
Azərbaycan Prezidenti Şəhidlər Xiyabanını ziyarət edib
Şəhid ailələri üçün Prezident təqaüdünün aylıq məbləği artırıldı
Azərbaycan ordusunun daha bir əsgəri şəhid olub
Teqlər:
Zülfüqarlı Qalib Laim oğlu, Erməni silahlı bölmələri, şəhid, Lənkəran, təxribat, cəbhə

Əsas mövzular