Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəkidə çaqqal kəndliləri dişlədi

© AFP 2023 / DANIEL GARCIAÇaqqal
Çaqqal - Sputnik Azərbaycan
Abunə olmaq
Xəsarət alan kənd sakinləri xəstəxanaya çatdırılıb, çaqqal isə öldürülüb.

BAKI, 28 mart-Sputnik. Şəkinin Baş Kəldək kəndində çaqqal dişləməsi qeydə alınıb. 

Sputnik-in əməkdaşının verdiyi məlumata görə, kəndə soxulan çaqqal kənd sakinləri, 2003-cü il təvəllüdlü Umarova Sahibə Sahib qızını və 1971-ci il təvəllüdlü Quliyev Fazil Cəfər oğlunu dişləyib. Xəsarət alanlar dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan Sputnik-ə verilən məlumata görə, çaqqal Fazil Quliyevin sağ sarğı, Sahibə Umarovanın isə sağ budunun ön hissəsindən dişləyib. Xəsarət alan hər iki şəxsə xəstəxanada dərhal lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edilib. Bütün tibbi yardımlar göstərildən sonra xəstələr ambulator müalicə almaq üçün evə buraxılıblar.

Kənd sakinlərinin sözlərinə görə, çaqqal kənd sakinləri tərəfindən öldürülüb. 

Şəki rayon Baytarlıq İdarəsindən verilən məlumatda bildirilir ki, İdarənin əməkdaşları dərhal əraziyə yollanıblar. Baytarlar öldürülmüş çaqqaldan nümunələr götürüblər. Daha sonra çaqqal təlimata uyğun olaraq basdırılıb. 

Qeyd edək ki, ölkənin Şimal-qərb bölgəsində bu tipli hadisələrə tez-tez rast gəlinir. Ötən il analoji hadisə Qaxın, Şəkinin və Zaqatalanın bir sıra kəndlərində qeydə alınmışdı.

Xəbər lenti
0