Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qoca ər-arvadı qətlə yetirməkdə şübhəli bilinən iki nəfər saxlanıldı

© Sputnik / Hikmet OrhunQazax rayonunun Ermənistanla sərhəddə yerləşən Cəfərli kəndinin girişi
Qazax rayonunun Ermənistanla sərhəddə yerləşən Cəfərli kəndinin girişi - Sputnik Azərbaycan
Abunə olmaq
Nəriman Bayraməli oğlu Osmanov və onun həyat yoldaşı Dünya Mehbulla qızı Bakıxanovanı qətlə yetirməkdə şübhəli bilinən onların nəvəsi Ruslan və kürəkənləri Elşən şübhəli şəxs kimi saxlanılıb.

BAKI, 25 mar — Sputnik. Qazaxda yaşlı kişi və qadını öldürməkdə şübhəli bilinən nəvə və kürəkən saxlanılıb.

APA-nın yerli hüquq mühafizə orqanlarına istinadən verdiyi məlumata görə, rayonun Cəfərli kənd sakini Nəriman Bayraməli oğlu Osmanov və onun həyat yoldaşı Dünya Mehbulla qızı Bakıxanovanı qətlə yetirməkdə şübhəli bilinən onların nəvəsi Ruslan və kürəkənləri Elşən şübhəli şəxs kimi saxlanılıb. İlkin ifadələrində onlar cinayəti törədiklərini etiraf ediblər.

Faktla bağlı Qazax rayon Prokurorluğunda istintaq tədbirləri davam etdirilir. 

Dəhşətli cinayətin izləri hələ də evin döşəməsində qalmaqdadır - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qazaxda baş verən dəhşətli qətlin üstü açıldı

Qeyd edək ki, hadisə martın 13-də rayonun Cəfərli kəndində qeydə alınıb. Kənd sakinləri — 1939-cu il təvəllüdlü Nəriman Bayraməli oğlu Osmanov və onunla qeyri-rəsmi nikah münasibətlərində yaşayan, 1941-ci il təvəllüdlü Dünya Mehbulla qızı Bakıxanovanın üzərilərin kəsilmiş-deşilmiş xəsarətləri olan meyitləri yaşadıqları evdə aşkar edilib. 

Xəbər lenti
0