10:28 22 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Yeni Bakı yaşayış kompleksində evlər

Məşhur yaşayış kompleksində qalmaqal: "Artıq cana doymuşuq"

© Sputnik / Fuad Hasanov
HADİSƏ
Qısa URL
73720

Yeni Bakı Yaşayış Kompleksində bayram günü sakinlərə verilən elektrik enerjisi dayandırılıb. Kompleksi idarə edən şirkət hadisənin səbəblərini bilmədiyini desə də, "Azərişıq" işıqların borc səbəbindən kəsildiyini bildirir.

BAKI, 15 mart — Sputnik. Bir çoxlarımızın televiziya reklamlarından tanıdığımız məşhur Yeni Bakı Yaşayış Kompleksində problemlər bitmək bilmir. "İlin dörd fəsli" şirkətinə məxsus kompleksdə yaşayan sakinlər artıq neçənci dəfədir ki, Sputnik-in redaksiyasına şikayət məktubları ünvanlayırlar.

Redaksiyaya bu gün daxil olan, sakin Fuad Həsənova məxsus şikayət ərizəsi isə bildirilir ki, əhalidən yığılan və "Azərişıq"a ödənilməli olan elektrik enerji ödənişləri şirkət tərəfindən mənimsənilib: "Borcun "Azərişıq"a ödənilməməsi səbəbindən, qəsəbə sakinləri bayram günü işıqsız qalıblar".

Məsələni dəqiqləşdirmək üçün öncə "İlin dörd fəsli" şirkəti ilə əlaqə saxladıq. Şirkət işıqların səhərdən etibarən söndüyünü təsdiqləsə də, bunun borca görə olmadığını, səbəbini özlərinin də bilmədiyini açıqladı: "Biz özümüz də hazırda olub-bitənlərdən xəbərsizik. Ancaq sizi əmin edirəm ki, işıqların söndürülməsi borca görə deyil".

"Azərişıq" ASC-dən isə "İlin dörd fəsli" MTK-nın iddiasını yalanladılar. ASC-dən Sputnik-ə verilən açıqlamada, qəsəbənin işıqlarının məhz borca görə söndürüldüyü bildirildi: "Yeni Bakı Yaşayış Kompleksinin işıqları borc ödənilmədiyi üçün tərəfimizdən söndürülüb".

Kompleks sakinləri arasında keçirdiyimiz sorğudan bəlli olub ki, problemlər tək bununla da bitmir. Əhalidən yığılan ev pulları yüksək olduğundan sakinlər həmin məbləğləri ödəməkdə çətinlik çəkirlər.

"Bizdən 50 metr aralıda digər komplekslər də var. Onlarda hər kvadrata görə 20 qəpik yığıldığı halda, bizdən 40 qəpik alırlar. Heç şəhərin mərkəzində belə qiymətlər yoxdur. Buradakı problemlərdən artıq cana doymuşuq" —deyə kompleks sakinləri bildiriblər.

Əlaqədar

«Yeni Bakı» yaşayış kompleksində rüşvət qalmaqalı
Masazırda yaşayış binalarının tikintisi üçün böyük təhlükə var
“Sovetski” məhəlləsində 2311 yaşayış və qeyri-yaşayış sahəsi sökülüb
Bakıda yaşayış evində baş verən yanğında bir nəfər ölüb
Teqlər:
işıq, elektrik, problem, "Azərişıq" ASC, "İlin dörd fəsli", Yeni Bakı Yaşayış Kompleksi

Əsas mövzular