08:02 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
Türkiyədə terror dalğası (18)
10601

Ankaranın mərkəzi Kızılay meydanında avtobus dayanacağında baş vermiş partlayışı bomba yüklü avtomobil törədib.

BAKI, 13 mart — Sputnik. Ankara valiliyi bu gün baş verən partlayış nəticəsinə 27 nəfərin həlak olduğunu bəyan edib. 

Partlayış nəticəsində hadisə yerində 23 nəfər ölüb. Daha 4 nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hadisə nəticəsində 75 nəfər yaralanıb. 

CNNTürk kanalı partlayış nəticəsində 15 nəfərin həlak olması barədə məlumat yaymışdı. 

Kanalın bildirdiyinə görə, Ankaranın mərkəzi Kızılay meydanında avtobus dayanacağında baş vermiş partlayışı bomba yüklü avtomobil törədib.

Digər mənbələrdə isə partlayışın canlı bomba tərəfindən törədildiyi iddia olunub.

Türkiyə Radio və Televizya Üst Qurumu hadisə ilə bağlı mediaya yayın qadağası tətbiq edib.  

Bu il fevralın 17-də Ankarada terror aktı baş verib. Türk Silahlı Qüvvələrinin hərbçiləri daşıyan maşınlarına olan bombalı hücum nəticəsində 28 nəfər həlak olub, 61 nəfər yaralanıb. 

Mövzu:
Türkiyədə terror dalğası (18)

Əsas mövzular