CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

62 saylı marşrutda faciə baş verib

© Photo : REPORTQəzaya uğramış avtobus
Qəzaya uğramış avtobus - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda baş verən avtobus qəzasında sabiq polis əməkdaşı ölüb, 13 nəfərsə yaralanıb.

BAKI, 24 fev-Sputnik. Bu gün səhər saatlarında Bakıda ağır yol qəzası baş verib. Hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb. Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində keçmiş polis əməkdaşı Asif Yusif oğlu Nəsirov dünyasını dəyişib, 13 sərnişin isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Bakı şəhər Təcilli Tibbi yardım Stansiyasından Sputnik-ə verilən məlumata görə, qəzanın baş verdiyi yerə 7 briqada göndərilib. Meyid tibbi ekspertizaya, yaralılar isə müvafiq xəstəxanalara çatdırılıb.

Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur. Hadisə 62 saylı marşrut üzrə hərəkətdə olan 90 HS 692 dövlət nömrə nişanlı avtobusun "Nissan" markalı minik avtomobili ilə toqquşması nəticəsində baş verib.

Hadisənin şahidləri bildiriblər ki, qəzaya səbəb avtobusun işıqforu qırmızı işıqda keçməsi olub.

Hazırda hüquq-mühafizə orqanları hadisə yerində vəziyyəti araşdırırlar.

Xəbər lenti
0