Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda başına dəmir parçası düşən qadın öldü

© APAParlament prospektində qadının başına dəmir düşüb
Parlament prospektində qadının başına dəmir düşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtın Parlament prospektində aparılan tikinti zamanı bədbəxt hadisə baş verib.

BAKI, 22 fev — Sputnik. Bakının Səbail rayonu, Parlament prospekti 9 ünvanında aparılan tikinti zamanı bədbəxt hadisə baş verib.

APA TV-nin məlumatına görə, tikinti aparılan obyektin yaxınlığındakı səki ilə hərəkətdə olan piyadaların üstünə iri dəmir parçası düşüb. Nəticədə 1941-ci təvəllüdlü Ruhəngiz Talıbova aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Digər piyada isə,  ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Əraziyə prokurorluq, o cümlədən Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail rayon şöbəsində aparılıb. Dəmir parçaları maddi sübut kimi hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən götürülüb.

Tikintiyə məsul şəxslər Səbail Rayon Polis İdarəsinə aparılıb. İdarədən verilən məlumata görə, aparılan araşdırmadan sonra hadisəyə hüquqi qiymət veriləcək.

Xəbər lenti
0