07:27 27 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
Türkiyədə terror dalğası (18)
109111

Türkiyə Milli İstihbarat Təşkilatının hələ bir ay öncədən mümkün terror aktları barədə mərkəzi hakimiyyəti məlumatlandırdığı və önləyici tədbirlərin alınmasını tövsiyyə etdiyi bildirilir

BAKI, 19 fev — Sputnik. Ankaradakı terror aktından sonra, ölkənin kəşfiyyat sistemindəki boşluqlar məsələsi gündəmə gəlib. Bu arada, Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) 7 yanvar 2016-ci il tarixli kəşfiyyat məlumatı və orada dövlət qurumlarının PKK tərəfindən terror təhlükəsi barədə məlumatlandırıldığı ortaya çıxıb. Üstəlik o xəbərdarlıqda nəqliyyat vasitələrinin park edildiyi sahələr də var.

Firefighters try to extinguish flames following an explosion after an attack targeted a convoy of military service vehicles in Ankara
© AFP 2020 / STRINGER

Sputnik "CNN Türk"-ə istinadla xəbər verir ki, MİT-in ən son 7 yanvar 2016-ci il tarixli yazısı Prezident, Baş nazirlik başda olmaqla, Türk Silahlı Qüvvələri və əlaqədar bütün təşkilatlara göndərilib. Xəbərdarlıqda İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə PKK-nın canlı bomba və təxribat hərəkətləri planlaşdırdığı yer alıb.

MİT-in məxfi məktubunda Türk Silahlı Qüvvələri ilə təhlükəsizlik mənsublarının istifadə etdiyi marşrutların və xidmət toplanma yerlərinin hədəf ola biləcəyi xəbərdarlığı əks olunub. Məktubda mümkün risqli bölgələr arasında Ankara Kızılaya da yer verilib və lazımi tədbirlərin alınması tövsiyə edilib.

Mövzu:
Türkiyədə terror dalğası (18)

Əlaqədar

Ankara terrorunun hədəfi türk hərbi pilotları olub
Moskvadan Ankaradakı terror aktı barədə gözlənilən açıqlama gəldi
İrandan Ankara terroru ilə bağlı açıqlama gəldi
"Terror aktlarının bu gərginliklə bağlılığını sübut etməyə ehtiyac yoxdur"
Teqlər:
terror, PKK, Milli İstihbarat Təşkilatı, Ankara, Türkiyə

Əsas mövzular