09:31 09 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
HADİSƏ
Qısa URL
3501

“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində başlamış yanğın 2 ay 6 gündən sonra nəhayət ki, söndürülüb.

BAKI, 10 fev — Sputnik. Ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində yaranmış yanğın tamamilə söndürülüb.

Bu barədə Sputnik Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.

Məlumata əsasən, həmin vaxtdan bəri yanğının söndürülməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirilib.

"Görülmüş fasiləsiz və təxirəsalınmaz tədbirlərin nəticəsində bu gün saat 19:24-də yanğın tamamilə söndürülüb".

Ötən il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə qəza baş verib. Qəza yanğınla nəticələnib. Qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas edilib, 11 nəfəri həlak olub, 19 nəfəri isə itkin düşüb.

Əsas mövzular