15:43 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
HADİSƏ
Qısa URL
160522

Dönməz Məmmədov: "Məndən MTN-in yerli şöbəsinə "haqq" verməyimi tələb etdilər. Gürcüstana keçib, orada aclıq aksiyasına başladım. Nazirə göndərdiyim məktublardan sonra isə təzyiqlər daha da artdı"

BAKI, 10 fev — Sputnik. "15 ildir ki, şəhərlərarası sərnişindaşıma ilə məşğulam. O vaxt Sumqayıtdan ölkənin şimal bölgəsi istiqamətinə gedən bütün marşrutlar məndə idi. Bəzi yüksək vəzifəli məmurlar məni sıxışdıra-sıxışdıra bu marşrutları əlimdən aldılar. İndi iki marşrutum qalıb".

Bu fikirləri "Amal-D" MMC-nin rəhbəri Dönməz Məmmədov bu gün keçirdiyi mətbuat konfransında səsləndirib. Arayış üçün bildirək ki, D. Məmmədov keçən həftənin sonunda Nəqliyyat Nazirliyi yanındakı körpüyə qalxaraq intihara cəhd etməklə mətbuatın gündəminə gəlmişdi. Sumqayıtda iki marşrut xətti işlədən sahibkarın sözlərinə görə, Sumqayıt-Bakı, Sumqayıt-Sədərək bazarı istiqamətinə işləyən xətləri var və artıq Sumqayıt-Sədərək xəttini bağlayıblar.

"Mən də buna etiraz edirəm, çünki 2017-ci ilə qədər bu işlə məşğul olmaq üçün lisenziyam var. Bu xətt üzrə də işimdə hər hansı bir nöqsan olduğunu deməyiblər. Əgər varsa, desinlər, xəbərdarlıq etsinlər", — deyə o bildirib.

D. Məmmədov daha bir ilginc açıqlama verib: "Keçən ilin may ayında mənə bildirdilər ki, "MTN-in yerli şöbəsinə "haqq" verməlisən". Böyük məbləğ olduğu üçün buna gücüm çatmadı, Gürcüstana gedib aclıq aksiyası keçirdim. Sonra geri çağırdılar ki, qayıt gəl, problem həll olunub. Avtobuslarımı cərimə meydançasına yığmışdılar. 501 saylı xətti, yəni Sumqayıt-Bakını geri qaytardılar, amma 509-u, yəni Sumqayıt-Sədərək marşrutunu başqasına verdilər. Avropa Oyunları zamanı mənə dedilər ki, "tədbiri yola verək, sən gözlə, qaytaracağıq". Mən də inandım, ondan sonra bu proseslər, təzyiqlər başladı. Mən dekabrda Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə şikayət elədim, orda cinayət işi başlandı. Bundan sonra 509-u mənə qaytardılar. Amma şərt qoydular ki, "şikayəti geri götür". Götürmədim, həmin xətti yenidən bağladılar".

"Ölkə başçısı dəfələrlə bildirib ki, sahibkarlara dəyməyin, onları sıxışdırmayın. Ancaq bunlar yenə də öz çirkin əməllərindən əl çəkmirlər", —deyə sahibkar vurğulayıb.

İntihara cəhd etdiyim gün onu Nəqliyyat Nazirliyinə aparıblar: "Həmin vaxt ora polis, prokurorluq işçiləri də gəlmişdi. Nazir müavini dedi ki, "heç bir problem yoxdur, nə varsa, həll olunacaq". Oradan polisə gətirdilər, izahat yazdım. Şəxsimə qarşı təzyiqlər 1 il bundan öncə başladı, həmin vaxt nəqliyyat naziri Ziya Məmmədova 3 ərizə göndərdim. Ancaq o gündən etibarən qanunsuzluqlar daha da artdı. Əgər bir həftəyədək problemim həll edilməsə, ya yenidən intihara əl atacağam, ya da aclıq aksiyası keçirəcəyəm. Çünki başqa yolum yoxdur".

Əlaqədar

Ömürlük məhkum intihar edib
Azərbaycan diaspor təşkilatının sədr müavini intihar edib
"Azərbaycanın səsi" yarışmasının qalibi intihar edib
İntiharların qarşısını necə almalı
Vergilər Nazirliyi 24 min sahibkarın vergi borcunu silib
Ağdaşlı sahibkar özünü niyə güllələyib?
Teqlər:
Sumqayıt-Bakı, Sumqayıt-Sədərək, Nəqliyyat Nazirliyi, Dönməz Məmmədov, "Amal-D" MMC, şəhərlərarası sərnişindaşıma, intihar, sahibkar, Sumqayıt

Əsas mövzular