Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sarayda qan töküldü

Abunə olmaq
34 yaşlı oğlan evinin qarşısında naməlum şəxs tərəfindən güllələnib, xəstəxanaya yerləşdirilən Kamran Babayev orada dünyasını dəyişib

BAKI, 8 fev — Sputnik. Fevralın 2-də Abşeron rayon sakini, 1982-ci il təvəllüdlü Babayev Kamran Valeh oğlu Saray qəsəbəsindəki evinin qarşısında naməlum şəxs tərəfindən güllələnib. Sputnik Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin birgə məlumatına istinadən xəbər verir ki, bununla bağlı Abşeron rayon Polis Şöbəsindən rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluq - Sputnik Azərbaycan
HADİSƏ
Bakıdakı dəhşətli qətlin üstü açıldı

K. Babayev "Makarov" markalı odlu silahdan açılan atəş nəticəsində "boynun və döş qəfəsinin odlu silah yaralanması" xəsarəti ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Faktla bağlı həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Qüdrət Kərimov tərəfindən törədilməsində kifayət qədər əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub və ona Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə ittiham elan edilməklə, barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

K.Babayev aldığı xəsarətlərdən fevralın 6-da xəstəxanada vəfat edib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0