16:24 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
FHN yanğınsöndürən

Bakıda “Bentley” və “Volvo”nu yandıran şəxs məlum olub

© Sputnik / Murad Orujov
HADİSƏ
Qısa URL
4711

Fevralın 5-də Yasamal rayonunun A.Şərifzadə küçəsində üzərində dövlət qeydiyyat nişanları olmayan “Volvo” markalı avtomobildə yanğın baş verib.

BAKI, 6 fev — Sputnik. Bakıda bahalı avtomobilləri yandıran şəxs tapılıb.

Sputnik-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə,  fevralın 5-də Yasamal rayonunun A.Şərifzadə küçəsində üzərində dövlət qeydiyyat nişanları olmayan “Volvo” markalı avtomobildə yanğın baş verib və yanğından yaxınlıqda dayanmış “Bentley” markalı avtomobilin arxa qanadının rəngi qopub, sağ arxa ışığı əriyib. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yasamal polisi tərəfindən hadisənin Bakı şəhər sakini Vasif Eyvazov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi ötən avtomobillərin yanması faktı ilə bağlı məlumat yayıb.

Əsas mövzular