14:12 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9479
Yanğın

Türkiyədə yanğın faciəsi 9 nəfərin həyatına son qoydu

vk.me
HADİSƏ
Qısa URL
401

Yanğının başvermə səbəbləri araşdırılır.

BAKI, 5 fev – Sputnik. Türkiyənin Şırnak vilayətinin Cizrə qəsəbəsində yaşayış binasında yanğın baş verib. Nəticədə 9 nəfər ölüb, 25 nəfər yaralanıb. 

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, hadisə baş verən əraziyə çoxlu sayda yanğınsöndürən maşın və təcili tibbi yardım maşını cəlb olunub.

Yanğın nəticəsində ölən və yaralananların adları dəqiqələşdirilir. Yanğının başvermə səbəbləri araşdırılır. 

Qeyd edək ki, Cizrə qəsəbəsi PKK terrorçularının sıx məskunlaşdığı ərazidir və son 4 aydır ki, türk ordusu həmin bölgədə geniş hərbi əməliyyatlar keçirir.

Əsas mövzular