Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yevlaxda qəza oldu, yaralananlar var

© Photo : APAQəza avtobus
Qəza avtobus - Sputnik Azərbaycan
Abunə olmaq
Yevlax şəhərində avtobusla yük avtomobili toqquşub.

BAKI, 3 fev — Sputnik. Yevlax şəhərində sərnişin avtobusu ilə yük avtomobili toqquşub.

APA-nın xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Yevlax şəhərinin mərkəzindən keçən hissəsində baş verib.

Şəki-Bərdə marşrutu ilə hərəkət edən, Əvəz Nəcəfovun idarə etdiyi 20 BS 866 dövlət nömrə nişanlı “Ford” markalı sərnişin avtobusu Sakit Həsənovun idarə etdiyi 36-BG-151 dövlət nömrə nişanlı “Ford” markalı yük avtomobili  ilə toqquşub. Nəticədə yük avtomobilində olan 2 sərnişin xəsarət alıb.

Faktla bağlı Dövlət Yol Polisinin müvafiq bölməsi araşdırma aparır. 

Xəbər lenti
0