Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycan diaspor təşkilatının sədr müavini intihar edib

© APAAbbas Murad Danışmalı, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədr müavini
Abbas Murad Danışmalı, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədr müavini - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Abbas Murad Danışmalı bu gün özünü 6-cı mərtəbədə yerləşən evinin pəncərəsindən atıb

BAKI, 3 fev — Sputnik. İstanbulda Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Abbas Murad Danışmalı bu gün İstanbulda intihar edib. Bu barədə APA-ya dərnəyin sədri Səfər Qaraqoyunlu məlumat verib.

Onun sözlərinə görə, A. M. Danışmanlı bu gün səhər yeməyini yedikdən sonra özünü 6-cı mərtəbədə yerləşən evinin pəncərəsindən atıb. Hadisə baş verən vaxt onun həyat yoldaşı da evdə olub.

Səfər Qaraqoyunlunun sözlərinə görə, 64 yaşlı Abbas Murad Danışmalı bir müddətdir, psixoloji problemlərinə görə müalicə alırmış.

Qeyd edək ki, intihar barədə ilk xəbəri vesti.az saytı yayıb.

Xəbər lenti
0