13:27 23 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0256
  • USD1.7000
  • EUR2.0024
Qızıl-ziynət əşyalarının satışı ilə məşğul olan sahibkarlar univermağın qarşısında mitinq keçirir

Paytaxtın məşhur qızıl-zinət satışı mərkəzində "üsyan"

© Sputnik / Fuad Hasanov
HADİSƏ
Qısa URL
44520

Moskva Univermağında 3 gündür aksiya keçirilir, qiymətli əşya tacirləri icarə haqlarının bahalığına etiraz edirlər, univermaqda vitrinlərin 90 faizi boşalıb

BAKI, 3 fev — Sputnik. Paytaxtın ən böyük ticarət mərkəzlərindən olan Moskva Univermağında etiraz aksiyası başlayıb və artıq 3-cü gündür proses davam edir. Univermaqda qızıl-ziynət əşyalarının satışı ilə məşğul olan sahibkarlar binanın qarşısına toplaşaraq, öz tələblərini yerinə yetməsini istəyirlər. Tələbləri isə icarə haqlarının endirilməsidir.

Bu gün qızıl-ziynət əşyalarının satışı ilə məşğul olan sahibkarlar yenidən univermağın qarşısında mitinq keçiriblər. Sputnik əməkdaşının ərazidə çəkiliş aparıdığını görən sahibkarlar bir-bir öz problemlərini sadalamağa başlayıblar.

"2-3 metr yerə görə bizdən 1500-2000 manat icarə haqqı alırlar. Dövran həmin dövran deyil ki, "qaz vurub-qazan dolduraq". Satış dayandığı üçün yer haqqını da ödəyə bilmirik", —deyə sahibkar Samir Verdiyev bildirib.

  • Moskva Univermağı
    Bakının ən böyük ticarət mərkəzlərindən olan Moskva Univermağı
    © Sputnik / Fuad Hasanov
  • Boş qalmış rəflər
    Qızılın qiymətinin bahalaşmasından sonra isə univermaqda qızıl-ziynət əşyalarının satışında kəskin azalma baş verib
    © Sputnik / Fuad Hasanov
  • Ticarət mərkəzinin qarşısına toplaşmış sahibkarlar
    Sahibkarlar deyir, satış dayandığı üçün yer haqqını da ödəyə bilmirik
    © Sputnik / Fuad Hasanov
  • Moskva Univermağında müştərilər
    Univermaqdakı ənənəvi müştəri sıxlığından əsər-əlamət yoxdu
    © Sputnik / Fuad Hasanov
1 / 4
© Sputnik / Fuad Hasanov
Bakının ən böyük ticarət mərkəzlərindən olan Moskva Univermağı

Dolların qalxması, manatın dəyərdən düşməsindən sonra, digər malların qiymətlərində baş verən bahalaşma qızıl-ziynət əşyalarının qiymətinin qalxmasına da səbəb olub. Qızılın qiymətinin bahalaşmasından sonra isə univermaqda qızıl-ziynət əşyalarının satışında kəskin azalma baş verib. Belə olduqda da sahibkarlar aylıq icarə haqlarını ödəyə bilmirlər.

Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənmək üçün Moskva Univermağının administratoru Elman Hacıyevlə görüşdük. Bizi öz otağında qəbul edən E. Hacıyev, yaxın 3-4 gün ərzində yer haqları ilə bağlı müəyyən güzəştlərin ediləcəyini söylədi.

"Əlbəttə, biz də bilirik ki, böhran dövrüdür. Ancaq bu böhran tək qızıl-satışı ilə məşğul olanlara təsir etməyib ki?! Bütün sahələrə təsir edib", —deyə administrator bildirdi.

Univermaq təmsilçisinin sözlərinə görə, böhran onların özlərinə də təsirsiz ötüşməyib: "Bizim özümüz də ziyan çəkirik. Ona görə, sahibkarlar bir az səbrli olsunlar. Yaxın bir neçə günə onların problemi həll olunacaq".

Bildirək ki, hazırda Univermaqdakı qızıl-zinət satılan vitrinlərin 90 faizdən artığı fəaliyyətini dayandırıb.

Əlaqədar

Bakının məşhur ticarət mərkəzində aksiya keçirilib
Bölgələrdə keçirilən etiraz aksiyaları ilə bağlı rəsmi məlumat yayılıb
Bölgələrdə qiymət artımına qarşı etiraz aksiyaları keçirilib
Təbriz aksiyasına İstanbuldan dəstək
Gəncədə bir qrup dindar icazəsiz aksiya keçirməyə cəhd edib
Teqlər:
qızıl-zinət, icarə haqqı, Moskva Univermağı, ticarət mərkəzi, sahibkar, aksiya

Əsas mövzular