Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Tüfənglə yoldaşını yaraladıqdan sonra özünü bıçaqlayaraq öldürdü

Abunə olmaq
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından verilən xəbərə görə, noyabrın 28-i gecə saat 23:30 radələrində xəstəxanaya gətirilən Nəsimi Nəzir oğlu İbrahimov həkimlərin səylərinə baxmayaraq özünə yetirdiyi bıçaq xəsarətlərindən keçinib.

BAKI, 29 noy — Sputnik. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən xəbərə görə, noyabrın 28-i gecə saat 23:30 radələrində xəstəxanaya gətirilən rayonun Bəhmətli kənd sakini 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov həkimlərin səylərinə baxmayaraq səhər 06.30 radələrində özünə yetirdiyi bıçaq xəsarətlərindən reanimasiya şöbəsində keçinib.

Noyabrın 28-i gecə saat 23:30 radələrində rayonun Bəhmənli kənd sakini 1990-cı il təvəllüdlü Zümrüd Nazim qızı İbrahimova qarın boşluğundan güllə xəsarətləri ilə, onun əri 1981-ci il təvəllüdlü Nəsimi Nəzir oğlu İbrahimov bıçaq xəsarətləri ilə xəstəxanaya daxil olublar.

Polis bölməsindən APA-ya verilən məlumata əsasən, ilkin ehtimala görə, Nəsimi İbrahimov yoldaşına hələlik bilinməyən səbəbdən tüfənglə xəsarət yetirib daha sonra özünə bıçaqla xəsarət yetirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti
0