14:38 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Nardaran hadisələri

Nardaranda son durum

TREND
HADİSƏ
Qısa URL
13512

Bu gün Sabunçu rayon rəhbərliyi ilə ağsaqqallar arasında aparılan danışıqlarda ümumi məxrəcə gəlinmədiyi üçün kənd sakinləri hələ də meydanı tərk etməyiblər.

BAKI, 27 noy — Sputnik. Nardaranda vəziyyət dəyişməz olaraq qalır.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün Sabunçu rayon rəhbərliyi ilə ağsaqqallar arasında aparılan danışıqlarda ümumi məxrəcə gəlinmədiyi üçün kənd sakinləri hələ də meydanı tərk etməyiblər. Kənd sakinləri ötən gün qarşıdurma zamanı öldürülənlərin meyitlərinin kəndə gətiriləcəyini gözləyirlər.

Kənddə abonentlərin borcu olduğu üçün elektrik enerjisinin verilişi dayandırılıb. Meydana toplaşan kənd sakinləri tonqal yandıraraq ətrafına yığışıblar.

Nardaran qəsəbəsinin giriş və çıxışı dünən olduğu kimi, bu gün də ciddi nəzarətdədir, qəsəbəyə daxil olan avtomobillər yoxlanılır.

Əsas mövzular