Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nardaran qəsəbəsində baş vermiş atışma zamanı 4 nəfər həlak olub

Abunə olmaq
Bakının Nardaran qəsəbəsində baş vermiş atışma zamanı 4 nəfər həlak olub, 3 nəfər isə yaralanıb.

BAKI, 26 noy – Sputnik. Bakının Nardaran qəsəbəsində baş vermiş atışma zamanı 4 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Bu barədə Sputnik-ə Sabunçu rayon polis idarəsində məlumat verilib.

Silahlı insident bu gün səhər saatlarında polis əməkdaşları və radikal dini qruplaşmanın üzvləri arasında baş verib.

Əməliyyat nəticəsində Müsəlman Birliyi Hərəkatının lideri Tale Bağırzadə həbs olunub.

Faktla bağlı Baş Prokurorluq və DİN araşdırmaya başlayıb.

Xəbər lenti
0