Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bir yaşlı uşaq çayda boğulub

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidKür çayı
Kür çayı - Sputnik Azərbaycan
Abunə olmaq
Qaxda 2014-cü il təvəllüdlü uşaq çayda boğularaq ölüb.

BAKI, 5 noy — Sputnik. Qaxda 2014-cü il təvəllüdlü uşaq çayda boğularaq ölüb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə ötən gün saat 17:00 radələrində Qax rayonun Tanqıt kəndində baş verib. 

Kənd sakini Natiq Əsgərovun 2014-cü il təvəllüdlü qızı Ayşən nəzarətsiz qalaraq evin arxasında axan Axmaz çayına düşərək boğulub.

Hazırda Qax rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyitin axtarışlarını davam etdirirlər. 

Xəbər lenti
0