Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda fəhlə faciəli şəkildə ölüb

Abunə olmaq
Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər “KJDE-16” markalı dəmiryol dizel-elektrik yükqaldırıcı kranın trosları arasında sıxılaraq qalıb.

BAKI, 3 noy — Sputnik. Bakıda fəhlə faciəli şəkildə ölüb.

Sputnik-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfər “KJDE-16” markalı dəmiryol dizel-elektrik yükqaldırıcı kranın trosları arasında sıxılaraq qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər 1960-cı il təvəllüdlü Əliyev Tofiq Mirzəbala oğlunun cəsədini kranın yükqaldırıcı oxunun trosları arasından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

APA-nın əldə etdiyi məlumata görə, dünyasını dəyişən T. Əliyev orada fəhlə işləyirmiş.

Xəbər lenti
0