Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Pakistan və Əfqanıstandakı zəlzələdə 70-dən çox insan həlak olub

© project2землетрясение
землетрясение - Sputnik Azərbaycan
Abunə olmaq
Yeraltı təkanlar Hindistanın paytaxtı Yeni Dehlidə və Özbǝkistanda da hiss edilib.

BAKI, 26 okt – Sputnik. Әfqanıstanın Pakistanla sǝrhǝdində 7,7 bal gücündǝ zǝlzǝlǝ olub.

İlkin məlumata görǝ zəlzələ zamanı 60 nǝfǝr hǝyatını itirib, 100-dǝn artıq insan yaralanıb. 

Әfqanıstanın şimalında zəlzələdən sonra bir mǝktǝbdǝ yaranan izdihamda isǝ 12 qız uşağı ölüb, 35 uşaq isǝ yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Zǝlzǝlǝ ocağının Feyzabad şǝhǝrinin 82 km şimal-şǝrqindǝ, yerin 196 km dǝrinliyindǝ olduğu açıqlanıb.

Dağlıq ǝrazidǝ olan zǝlzǝlǝ 50 saniyə davam edib.

Yeraltı təkanlar Hindistanın paytaxtı Yeni Dehlidə və Özbǝkistanda da hiss edilib.

Xəbər lenti
0