Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sərnişin avtobus sürücüsünü qətlə yetirdi

Abunə olmaq
Sumqayıt şəhər sakini Səmid Ağayevin idarə etdiyi “Hyundai” markalı avtobus 2-ci mikrorayonun ərazisində hərəkətdə olarkən sərnişini, Laçın rayon sakini Bəhruz Babaverdiyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

BAKI, 16 okt — Sputnik. Sərnişin avtobus sürücüsünü qətlə yetirdi.

Daxili İşlər Nazirliyindən Sputnik-ə verilən məlumata görə, Sumqayıt şəhər sakini Səmid Ağayevin idarə etdiyi “Hyundai” markalı avtobus 2-ci mikrorayonun ərazisində hərəkətdə olarkən sərnişini, Laçın rayon sakini Bəhruz Babaverdiyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirib.

Nəticədə idarəetmə itirildiyindən avtobus İnşaatçılar qəsəbə sakini Qürbət Əsədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla toqquşub. 

Bıçaq yarasında ciddi xəsarət alan “Hyundai” markalı avtobusun sürücüsü Səmid Ağayev xəstəxanaya aparılarkən aldığı xəsarətindən yolda dünyasını dəyişib.

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bəhruz Babaverdiyev saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq təhqiqat işləri aparılır.

Xəbər lenti
0